[b]Yığmamız Ermənistanla qarşılaşacaq[/b]
20.07.2017 - 09:30
[b]Yığmamız Ermənistanla qarşılaşacaq[/b]

20 yaşadək kişi basketbolçular Avropa çempionatının B divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qrup mərhələsinə V turun oyunları ilə yekun vurulub.

 

B qrupunda mübarizə aparan Azərbaycan millisi sonuncu turda Hollandiya ilə görüşüb. “Narıncılar” bu matçda 85:54 (21:16, 20:22, 24:11, 20:5) hesablı qələbə qazanıb. Cordan Devis komandamızda daha çox – 16 xal toplayıb.

 

Bu məğlubiyyət Tahir Baxşıyevin yetirmələrinin 4-cü uğursuzluğu olub. Bunadək Rusiyaya 56:85, Slovakiyaya 78:86 və Böyük Britaniyaya 68:111 hesabı ilə uduzan millimiz qrupda sonuncu yeri tutub.

 

Yığmamız qrup sonuncularının mübarizə aparacağı 17-20-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayacaq. Basketbolçularımız sabah Ermənistanla qarşılaşacaq. 

 

yer

komanda

O

Q

M

T/F

X

1

Rusiya

4

3

1

295-236

7

2

Böyük Britaniya

4

3

1

307-252

7

3

Hollandiya

4

3

1

281-242

7

4

Slovakiya

4

1

3

263-305

5

5

Azərbaycan

4

0

4

256-367

4

 

0