[b]“Kəpəz” “Samsunspor”a uduzdu - YENİLƏNİB[/b]
20.07.2017 - 22:33
[b]“Kəpəz” “Samsunspor”a uduzdu - YENİLƏNİB[/b]

Yeni mövsümə hazırlaşan “Kəpəz” toplanışın ikinci mərhələsini Türkiyədə keçir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi bu gün ilk yoxlama matçına çıxıb.

 

Komanda Ərzurumda “Samsunspor”la qarşılaşıb. Görüş təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Gəncəlilərin heyətində yeni transfer Diallo fərqlənib.

 

Qeyd edək ki, “Kəpəz”in ölkə xaricindəki hazırlıq dövründə daha iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

 

Yoxlama görüşü

20 iyul

“Samsunspor” (Türkiyə) - “Kəpəz” (Azərbaycan) - 2:1

Qol: Samba Diallo

0