[b]"Qarabağ" - "Şerif" matçı 1 manata...[/b]
20.07.2017 - 11:41
[b]"Qarabağ" - "Şerif" matçı 1 manata...[/b]

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletləri satışa çıxarılır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər sabah saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 manat arası dəyişir, VİP sektoruna isə 50 manatdı.

 

1-5 və 24-28 nömrəli sektorlar - 1 manat

6-10 və 19-23 nömrəli sektorlar - 2 manat

11 və 18 nömrəli sektorlar – 3 manat

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar – 5 manat

VİP - 50 manat

 

Qeyd edək ki, "Qarabağ" – “Şerif" matçı iyulun 25-də keçiriləcək.

 

0