[b]“Kadiz” darmadağına, Eddi İsrafilov qola sevindi[/b]
20.07.2017 - 14:16
[b]“Kadiz” darmadağına, Eddi İsrafilov qola sevindi[/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Kadiz” klubu təlim-məşq toplanışın çərçivəsində yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Sequnda təmsilçisi həmin şəhərin Regional Liqada çıxış edən komandası “Barbate”ni sınağa çəkib.

 

“Kadiz”in 13:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada Eddi ilk 45 dəqiqədə meydanda olub. İkinci topun məhsuldar ötürməsini verən orta sahə oyunçusu 3-cü qolun müəllifi olub.

 

Qeyd edək ki, Eddi İsrafilov “Kadiz”ə ötən il “Mursiya”dan keçib.

0