[b]“İnter” 40-ın astanasında[/b]
20.07.2017 - 14:51
[b]“İnter” 40-ın astanasında[/b]

Bakının “İnter” klubu avrokuboklarda 40-ci qolunu vura bilər. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə Lüksemburqdakı cavab matçında vurulacaq ilk top paytaxt təmsilçisi üçün yubiley əhəmiyyəti kəsb edəcək.

 

Belə ki, “İnter” 2004-cü ildə debüt etdiyi qitə miqyaslı turnirlərdə indiyədək 39 qol vurub. Bu müddətdə 33 görüşdə 39 qol vuran bakılılar 29 top buraxıb.

 

Təbii ki, 13 il əvvəl Avstriya “Kazino”su üzərindəki texniki qələbəni (3:0) top fərqində nəzərə alınmır. Bakılıların orta məhsuldarlığı 1,22-yə bərabərdi. Təmsilçimiz hər görüşdə 0,91 qol buraxıb.

0