[b]Roman Qriqorçuklu “Qəbələ”nin 30-cu sınağı[/b]
20.07.2017 - 15:46
[b]Roman Qriqorçuklu “Qəbələ”nin 30-cu sınağı[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə bu gün Polşada keçiriləcək cavab oyunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı 30-cu avrokubok matçına çıxaracaq.

 

Əyalət klubu indiyədək 29 dəfə komandasını qitə miqyaslı matça çxıarıb. 2015/16 və 2016/17 mövsümlərində təsnifat mərhələsinin 8 görüşündə, həmçinin qrupun 6 qarşılaşmasında iş başında olub. “Yagelloniya” ilə Bakıdakı matçda da “Qəbələ”yə rəhbərlik edən Qriqorçuk yubileyini Belostokda qeyd edəcək.

 

Əvvəlki 29 matçda ukraynalı mütəxəssis 8 qələbə sevinci yaşayıb, 6 heç-heçə görüb və 15 məğlubiyyətə üzülüb. Onun yetirmələri 32 qol vurub və 40-nı buraxıb.

0