[b]Braziliya yığmasının hücumçusu “Fənərbaxça” yolunda[/b]
20.07.2017 - 17:52
[b]Braziliya yığmasının hücumçusu “Fənərbaxça” yolunda[/b]

“İnter”in hücumçusu Qabriel Barbosa karyerasını Türkiyədə davam etdirməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 21 yaşlı forvard “Fənərbaxça”nın maraq dairəsindədi.

 

“Sarı-lacivərdlilər” braziliyalı futbolçunun keçidi üçün italyanlarla danışıqlara başlayıb. Hətta klublar “sambaçı”nın icarə əsasında Türkiyə təmsilçisinə keçməsi məsələsində ortaq məxrəcə gəliblər. İndi son söz Qabiqolun özünündü. Braziliya millisinin üzvü “hə” deyərsə, yaxın günlərdə bir illik “Fənər”ə icarəyə veriləcək.

 

Qeyd edək ki, Qabiqol “İnter”ə ötən il “Santos”dan keçib.

0