[b]Azərbaycan rekordçusu dayandı[/b]
20.07.2017 - 22:12
[b]Azərbaycan rekordçusu dayandı[/b]

Bakının “İnter” klubunun avrokuboklardakı quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 4 oyunda qol buraxmamaqla Azərbaycan rekorduna imza atan bakılılar 2 ildən sonra qapısında qol görüb.

 

Bu, Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə Lüksemburqdakı cavab oyununda baş verib. Görüşün 21-ci dəqiqəsində fərqlənən Samir Hacı Zaur Svanadzenin yetirmələrini dayandırıb.

 

Bunadək “ağ-göylər”in buraxdığı son qol 2015-ci il iyulun 30-na təsadüf etmişdi. 721 gün əvvəl Bilbaoda “Atletik” bakılıların qapısına yol tapmışdı. 2:0 hesabı ilə başa çatan görüşdə son qolu Eraso 49-cu dəqiqədə vurmuşdu.

 

421 dəqiqədə sonra qol buraxan Azərbaycan rekordçusunun qapıçısı Səlahət Ağayev 2 il öncə “Atletik”lə cavab matçında (0:0), cari mövsümdə “Mladost”la hər iki (3:0, 2:0), “Fola” ilə ilk qarşılaşmada (1:0) qapısını toxunulmaz saxlamışdı.

0