[b]Qurbanov ilkə imza atıb, 124-cü oldu[/b]
20.07.2017 - 23:01
[b]Qurbanov ilkə imza atıb, 124-cü oldu[/b]

İlqar Qurbanov avrokuboklarda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin müdafiəçisi ilk qolunu Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununda vurub.

 

Polşadakı görüşdə hesabı açan Qurbanov bunadək keçirdiyi 21 avrokubok matçında qol vurmamışdı. 22-ci oyununda ilkə imza atan İlqar Azərbaycan klublarının heyətində fərqlənən 124-cü oyunçu olub.

 

Bunadək 123 futbolçumuz qitə miqyaslı klub turnirlərinə fərqlənmişdi.

0