[b]Debütantdan ilk[/b]
21.07.2017 - 00:01
[b]Debütantdan ilk[/b]

“Zirə” avrokuboklarda ilk dəfə heç-heçə edib. Apasport.az saytının məlumatına görə, bakılılar Avropa Liqasının II təsnifat mərhələsinin “Astra” ilə görüşündə qolsuz bərabərliklə kifayətlənib.

 

Paytaxtdakı cavab matçınadək qitə kuboklarında 3 oyun keçirən zirəlilər indiyədək heç-heçə etməmişdi. Hesabında 2 qələbə və 1 məğlubiyyət olan qəsəbə klubu debüt mövsümünün 4-cü görüşündə ilkə imza atıb.

 

Qeyd edək ki, ilk matçda 1:3 hesabı ilə uduzan “Zirə” mübarizəni dayandırıb.

0