[b]“Zirə”nin faydasız üstünlüyü[/b]
21.07.2017 - 00:05
[b]“Zirə”nin faydasız üstünlüyü[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” - “Astra” matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.

 

Səfərdəki 1:3 hesablı məğlubiyyətdən sonra evdə 0:0 hesablı bərabərliyə razılaşan qəsəbə təmsilçisi əksər komponentlərdə rəqibindən üstün olsa da, bunu hesabda əks etdirə bilməyib.

 

Komandamız ümumilikdə 16, çərçivəyə isə 5 dəfə zərbə vurub. Bu 5 dəqiq zərbədən heç biri qolla nəticələnməyib.

 

Rəqibdə isə bu göstərici uyğun olaraq 7 və 2-dir.

 

Sarı vərəqələr “Zirə”də çox olsa da, künc zərbələrində tarazlıqdır.

 

 

“Zirə”

 

“Astra”

0

Qollar

0

16

Zərbələr

7

5

Çərçivəyə

2

6

Çərçivəyə düşməyən

4

5

Dəf olunan

1

6

Künc zərbələri

6

5

Oyundan kənar vəziyyət

1

19

Qayda pozuntusu

16

3

Sarı vərəqə

2

0

Qırmızı vərəqə

0

 

0