[b]“Hər şey fərqli ola bilərdi” – Rəşad Sadıqov[/b]
21.07.2017 - 00:00
[b]“Hər şey fərqli ola bilərdi” – Rəşad Sadıqov[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Zirə” – “Astra” oyununda tamaşaçılar arasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov da var idi.

 

Milli komandamızın da kapitanı olan müdafiəçi matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Zirə”nin oyununu izlədin. Necə təəssürat yaratdı?

- Yaxşı təsir bağışladı. Komanda 90 dəqiqə hücum etdi. Sadəcə son nöqtəni qoyan oyunçu tapılmadı. Qolçu olsaydı, bəlkə də mərhələni adlaya bilərdilər.

 

- Zədən nə yerdədi?

- 3-4 gündü məşq edirəm. Ancaq tək çalışıram. Tam hazır olandan sonra komanda ilə çalışacam.

 

- “Zirə”nin afrikalı hücumçuları qorxutmadı səni? Çempionatda gələcək rəqiblərinizdi...

- Bu dəqiqə çempionat haqqında düşünmürük. Qarşıda bizi vacib oyun gözləyir. Bütün fikrimiz onunla bağlıdır.

 

- “Şerif”ə qarşı oynamaq ehtimalın varmı?

- Görək də, hələ ki, dəqiq bilinmir.

 

- Rəqib haqqında nə deyə bilərsən?

- Təcrübəli komandadı. Son illər uğurlu çıxış edirlər. Düşünürəm ki, iki oxşar komandanın mübarizəsi olacaq.

 

- Sən də elə düşünürsənmi ki, bu vaxta qədər olan rəqiblərin arasında pley-offa çıxmaq üçün ən uyğun rəqib elə “Şerif” olub?

- Rəqibin adı önəmli deyil. Oyun keyfiyyəti baxımından “Viktoriya” ən ideal variant idi, ancaq top qapıdan keçmədi. Ada görə olsaydı, bu günə qədər hər şey fərqli ola bilərdi. Heç vaxtın rəqibin güclü və ya zəif olmasını düşünmürük. Hamısının güclü və zəif cəhətləri var. Çalışacağıq ki, zəif cəhətləri tapıb nəsə edək.

 

- “Samtredia”ya hər iki oyunda qalib gəlsəniz də, sanki oyun planında bir az geriləmə var. Gücünüzü gizlədirdiniz, yoxsa...?

- Gücümüzü gizlətmək kimi bir fikrimiz olmayıb. Sadəcə ilk oyunlar həmişə çətin keçir. Ötən mövsüm də belə olmuşdu.

0