[b]“Qəbələ”nin rəqibi Hollandiya klubunu məğlub etdi - VİDEO[/b]
21.07.2017 - 10:35
[b]“Qəbələ”nin rəqibi Hollandiya klubunu məğlub etdi - VİDEO[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təlim-məşq toplanışın çərçivəsində yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Yunanıstan təmsilçisi “Alkmaar”la matçda qüvvəsini sınayıb.

 

Oyun afinalıların qələbəsi ilə nəticələnib. Belə ki, Marinos Ozounidisin yetirmələrinin hər hissədə vurduqları 1 qola rəqib təsəlli topu ilə cavab verə bilib.

 

“Panatinaikos” (Yunanıstan) – “Alkmaar” (Hollandiya) – 2:1

Qollar: Omri Altman, 45; Gilyermo Molins, 58 – Stenqs, 63

“Panatinaikos”: Odisseas Vlaxodimos, Omri Altman (Xristos Donis, 77), Anastasios Çatzigiovannis (Brayan Kabezas, 71), Osman Kulibali, Niklas Hult, Dimitrios Kurbelis (Nuno Reis, 71), Giorgos Kutrobis (Dimitrios Kolevetsios, 71), Robin Lod (Dimitrios Emmanulidis, 88), Rodriqo Moledo (Stefanos Evangelu, 77), Gilyermo Molins (Lusiano, 77), Xose Zeka

 

Qeyd edək ki, “Qəbələ” “Panatinaikos”la ilk matçını iyulun 27-də Afinada keçirəcək.

 

0