[b]“Panatinaikos”un legioneri: “Qəbələ” yaxşı komandadı[/b]
21.07.2017 - 11:20
[b]“Panatinaikos”un legioneri: “Qəbələ” yaxşı komandadı[/b]

“Alkmaar” kimi güclü rəqibə qarşı yaxşı oyun oldu. Fikrimcə, özümüzü artıq hazır saymaq olar”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un yarımmüdafiəçisi Omri Altman deyib.

 

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi dünən yoxlama görüşündə “Alkmaar” üzərində 2:1 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra fikirlərini bildirən Afina klubunun israilli futbolçusu komandasını yeni mövsümə hazır sayır. “Panatinaikos”un yeni transferi “Qəbələ” ilə qarşıdakı matçlara da toxunub: “Gələn həftəyə qədər 100 faiz hazır olmalıyıq. Çünki bizim üçün avrokubok mövsümü başlayır və rəsmi matçlar fərqlidi. O ki qaldı rəqibə, açığı, “Qəbələ” barədə heç nə bilmirəm. Əgər III təsnifat mərhələsindədirsə, deməli, yaxşı komandadı”.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun avqustun 27-də Afinada keçiriləcək.

0