[b]“Qarabağ”ın rəqibi vitse-kapitanını qaytardı[/b]
21.07.2017 - 12:10
[b]“Qarabağ”ın rəqibi vitse-kapitanını qaytardı[/b]

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Şerif”də yeni müqavilə imzalanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Moldova klubu cinah müdafiəçisi Vilfred Balimanı komandaya qaytarıb.

 

Ötən mövsümün sonunda müqavilə müddəti başa çatdığı üçün düşərgəni tərk edən Burkina Faso millisinin üzvü uzun danışıqlardan sonra dönməyə razılıq verib. 32 yaşlı futbolçu komandası ilə artıq yeni müqaviləyə də qol çəkib. Bununla da “Qarabağ”ın rəqibi 2005-ci ildən komandada çıxış edən ən titullu əcnəbisi və vitse-kapitanını saxlamağa müvəffəq olub.

 

Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun iyulun 25-də Bakıda keçiriləcək.

 

0