[b]Uduzmadığımız yunanlar[/b]
21.07.2017 - 12:29
[b]Uduzmadığımız yunanlar[/b]

Avropa Liqasının III təsnifat mərhələsinə yüksələn “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu komandalar 2 il əvvəl də üz-üzə gəlib.

 

Həmin vaxt pley-offda qarşılaşan komandalar iki dəfə heç-heçə edib. Bakıdakı qolsuz bərabərlikdən sonra Afinadakı məhsuldar sülh “Qəbələ”nin lehinə olub. Dodonun dublu “qırmızı-qaralar”ı qrupa daşıyıb. Bu dəfə isə ilk oyun Ellada təmsilçisinin meydanında olacaq.

 

Roman Qriqorçukun yetirmələri elə həmin mövsüm qrupda da yunanıstanlılarla görüşüb. Bu dəfə PAOK-la mübarizə aparan təmsilçimiz hər iki qarşılaşmada qolsuz bərabərliklə kifayətlənib.

 

Ümumiyyətlə, Azərbaycan və Yunanıstan klubları 8 oyunda qarşılaşıb. Bu matçlardan da 6-sı bərabərliklə nəticələnib. “Qəbələ”nin 4 heç-heçəsindən başqa, “İnter”in də 2 sülhü var. Amma bakılılar “Asteras”a penaltilər seriyasında uduzub.

 

Qalibi müəyyənləşən hər iki matçda isə Azərbaycan klubu qələbə qazanıb. “Qarabağ” ötən il qrupda PAOK-dan 6 xal alıb. Yunanıstan klubları isə 8 oyunda qələbə nə olduğunu bilməyib.

 

Azərbaycan və Yunanıstan klublarının avrokubok duelləri

2012/13

Avropa Liqası

2-ci təsnifat mərhələsi

 

19 iyul.  “İnter” – “Asteras Tripolis” (Yunanıstan) - 1:1

26 iyul. “Asteras Tripolis” (Yunanıstan) – “İnter” - 1:1, penaltilərlə 4:2

 

2015/16

Avropa Liqası

Pley-off mərhələsi

20 avqust. “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 0:0

27 avqust. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” - 2:2

Dodo (2)

 

Qrup mərhələsi

17 sentyabr. “Qəbələ” - PAOK (Yunanıstan) – 0:0

26 noyabr. PAOK (Yunanıstan) – “Qəbələ” - 0:0

 

2016/17

Avropa Liqası

Qrup mərhələsi

20 oktyabr. “Qarabağ” – PAOK (Yunanıstan) – 2:0

3 noyabr. PAOK (Yunanıstan) – “Qarabağ” – 0:1

 

0