[b]“Qəbələ” “Neftçi”yə şərik çıxdı[/b]
21.07.2017 - 13:09
[b]“Qəbələ” “Neftçi”yə şərik çıxdı[/b]

“Qəbələ” tarixində 9-cu dəfə avrokubokda mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Yagelloniya”sını mübarizədən kənarlaşdırıb.

 

Evdəki 1:1 hesablı bərabərlikdən sonra səfərdə 2 cavabsız qolla qalib gələn əyalət klubu bunadək 8 dəfə raund adlamışdı. Həm 2015/16, həm də 2016/17 mövsümlərində qəbələlilər təsnifat mərhələlərinin hamısını arxada qoymuşdu.

 

9-a çatan “Qəbələ” bu göstəricidə Azərbaycanın 2-ci komandası adına şərik çıxıb. “Neftçi” ilə eyni qədər uğur əldə edən “qırmızı-qaralar” yalnız “Qarabağ”dan geri qalır. Ağdamlılar 18 mərhələ keçib.

 

Qeyd edək ki, ümumilikdə Azərbaycanın 10 komandası mərhələ adlayıb.

 

 

0