[b]“Kəpəz” Türkiyə klubları ilə qarşılaşacaq[/b]
21.07.2017 - 13:27
[b]“Kəpəz” Türkiyə klubları ilə qarşılaşacaq[/b]

Türkiyədə təlim-məşq toplanışı davam etdirən “Kəpəz”in daha iki rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi yerli komandalarla üz-üzə gələcək.

 

Belə ki, hazırlığını Ərzurumda keçən Şahin Diniyevin komandası 1-ci liqa təmsilçiləri ilə qarşılaşacaq. Komanda əvvəlcə sabah “Ankaragücü” ilə, iyulun 24-də isə “Elazığspor”la matçda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, “Kəpəz” ilk yoxlama görüşündə “Samsunspor”a 1:2 hesabı ilə məğlub olub.

0