[b]Snayper və “ofsaydşik”[/b]
21.07.2017 - 15:45
[b]Snayper və “ofsaydşik”[/b]

Avropa Liqasının ilk iki təsnifat mərhələsinin ən yaxşıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA müxtəlif fərdi göstəricilər üzrə fərqlənənlərin siyahısını tərtib edib.

 

Liderlər arasında Azərbaycan klublarının iki futbolçusu var. Onların hər ikisi debütant “Zirə”nin üzvləridi. Paytaxt klubunun legionerləri fərqli komponentlərdə diqqət mərkəzinə düşüb.

 

David Manqa çərçivəyə ən çox zərbə vuranlardandı. O, 9 dəfə qapını dəqiq nişan alıb. Lakin bunlardan yalnız biri qola nəticələnib. “Snayper” Avropa Liqasında 2-ci yerə şərik 7 oyunçudan biridi.

 

Zirəlilərin acrokuboklardakı bombardirləri Riçard Qadze daha çox 2 qol vursa da, fəallığı onu mənfi mənada fərqləndirib. Qanalı legioner 8 dəfə oyundankənar vəziyyətə düşüb. O, “ofsaydşik”lə arasında 2-cidi. 

0