[b]“Yuve”dən 40 milyonluq transfer[/b]
21.07.2017 - 16:08
[b]“Yuve”dən 40 milyonluq transfer[/b]

Dani Alveş və Leonardo Bonuççi kimi aparıcı oyunçularla vidalaşan “Yuventus” “transfer bazarı”nda da fəallıq nümayiş etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” heyətinə daha bir futbolçu cəlb edib.

 

Belə ki, “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Bernardeski yeni mövsümdən “ağ-qara” formanı geyinəcək. Bu keçid İtaliya çempionuna 40 milyon avroya başa gəlib. Həmçinin tərəflər arasında anlaşmaya əsasən, “Yuve” gələcəkdə oyunçunu satarsa, transfer məbləğinin 10 faizi “Fiorentina”ya çatacaq.

 

Yeni komandası ilə 5 illik müqavlə imzalayacaq 23 yaşlı hücumameyilli oyunçunun illik məvacibi 4 milyon avro olacaq.

0