[b]“Neftçi” “Zirə”yə qalib gəldi[/b]
22.07.2017 - 10:02
[b]“Neftçi” “Zirə”yə qalib gəldi[/b]

“Neftçi” ölkə daxilindəki təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Premyer Liqanın digər təmsilçisi “Zirə” ilə qarşılaşıb.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutan görüş “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola Tərzin Cahangirov imza atıb.

 

“Neftçi” əsas heyət üzvləri ilə mübarizə aparıbsa, Avropa Liqası ilə yenicə vidalaşan “Zirə” əsasən ehtiyat qüvvəyə şans verib.

0