[b]“Qarabağ”la oyunöncəsi...” - Mikuliç[/b]
22.07.2017 - 10:37
[b]“Qarabağ”la oyunöncəsi...” - Mikuliç[/b]

“Artıq sıx qrafikdə çıxış etməyə öyəşməliyik. Futbolun tələbi budu”. Apasport.az saytının məlumatına görə, bunu “Şerif”in qapıçısı Zvonimir Mikuliç deyib.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Tiraspol təmsilçisi bu gün Moldova çempionatının 3-cü turunda “Zimbru”nu qəbul edəcək.

 

Qarşılaşma öncəsi klubun saytına danışan xorvatiyalı qolkiper bu matçın önəmindən bəhs edib: “Peşəkarlığı göz önünə gətirsək, bu qrafiki normal hesab etmək olar. Biz həyatımız boyu belə oynamışıq. Onu da gözəl başa düşürük ki, “Qarabağ”la oyunöncəsi “Zimbru” ilə çempionat matçı çox vacibdi. Çünki bu qarşılaşmada qol vurmaq, qələbə qazanmaq motivasiyamızı artırar. Belədə Azərbaycana daha yüksək əhval-ruhiyyədə yollanarıq”.

 

Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0