[b]Neymar PSJ-yə nə vaxt qoşulacaq?[/b]
22.07.2017 - 11:36
[b]Neymar PSJ-yə nə vaxt qoşulacaq?[/b]

“Barselona”nın hücumçusu Neymarın PSJ-yə transferi reallaşmaq üzrədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu artıq iyulun 24-də və ya 25-də Paris klubu ilə münasibətlərini rəsmiləşdirə bilər.

 

Bildirilir ki, 25 yaşlı oyunçunun keçidi fransızlara 222 milyon avroya başa gələcək.

 

Hətta Neymarın iyulun 27-də Beynəlxalq Çempionlar Kuboku turnirində “Yuventus”la matçda PSJ-nin heyətində debüt etməsi gözlənilir.

0