[b]“Qarabağ” – “Şerif” matçının hakimləri müəyyənləşdi[/b]
22.07.2017 - 11:54
[b]“Qarabağ” – “Şerif” matçının hakimləri müəyyənləşdi[/b]

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmaya belaruslu briqadanı göndərəcək.

 

Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. ona Yevgeni Ramanov və Vitali Malyutsin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

 

İyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov, hakim-inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

0