[b]Əliyar Ağayevə avstriyalı qiymət verəcək[/b]
22.07.2017 - 13:05
[b]Əliyar Ağayevə avstriyalı qiymət verəcək[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununda fit çalacaq. Apasport.az saytının məlumatına görə, iyulun 25-də baş tutacaq qarşılaşmada Ağayevə avstriyalı sabiq hakim qiymət verəcək.

 

Belə ki, Rumıniyadakı matçın hakim-inspektoru qismində Frits Stuklik iş başında olacaq. İsveçrəli Kristian Mutşler isə oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.

 

Qeyd edək ki, Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

0