[b]“Milan” “Bavariya”nı böyük hesabla məğlub etdi - VİDEO[/b]
22.07.2017 - 15:38
[b]“Milan” “Bavariya”nı böyük hesabla məğlub etdi - VİDEO[/b]

Beynəlxalq Çempionlar Kuboku turnirində bu gün növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Bavariya” ilə “Milan” üz-üzə gəliblər.

 

Turnirdəki ilk matçlarında məğlub olan komandaların duelində yeni yaranmış “Milan” rəqibinə aman verməyib. İlk hissədəcə rəqib qapısından 3 cavabsız top keçirən “rossonyerlər” son dəqiqələrdə daha bir qol vurub və Almaniya nəhəngini böyük hesabla məğlub edib.

 

“Bavariya” – “Milan” – 0:4

Qollar: Kessi, 14; Kutrone, 25, 43; Hakan Çalhanoğlu, 85

“Bavariya” (Almaniya): Fruxtl, Alaba, Hummels (Renato Sançes, 46), Bernat (Fridl, 30), Rafinya, Tolisso, Xavi Martines, Koman, Müller, Riberi (Hames Rodriges, 46), Levandovski

“Milan” (İtaliya): Canluici Donnarumma (Antonio Donnarumma, 79), Zapata (Bonuççi, 63), Montolivo (Bilya, 46), Abate (Konti, 46), Rikardo Rodriges (Antonelli, 63), Musakkio (Paletta, 78), Kessi (Sosa, 79), Bonaventura (Mauri, 79), Borini (Hakan Çalhanoğlu, 63), Nyanq (Qustavo Qomes, 79), Kutrone (Andre Silva, 46)

 

0