[b]“Panatinaikos”un problemli mövqeləri hansılardı?[/b]
22.07.2017 - 16:26
[b]“Panatinaikos”un problemli mövqeləri hansılardı?[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, afinalılar müdafiə və yarımmüdafiə xəttindəki problemi yoluna qoymağa çalışır.

 

Niklas Hult klubla müqavilə müddətini uzatmasına baxmayaraq, baş məşqçi Marinos Ozunidis rəhbərlikdən müdafiənin sol cinahına oyunçu alınmasını tələb edib. Bundan əlavə, çalışdırıcı yarımmüdafiə xətti üçün də 2 yeni transfer istəyib. O, xüsusən də, cinahların gücləndirilməsini tapşırıb. Rəhbərlik “Qəbələ” ilə görüşə qədər 1 yeni transfer yetişdirməyə çalışır.

 

Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.

0