[b]Obamenayqın yeni komandası açıqlandı[/b]
22.07.2017 - 17:19
[b]Obamenayqın yeni komandası açıqlandı[/b]

Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Omayenqla bağlı yeni iddia ortaya atılıb. Apasport.az-ın “Bild” nəşrinə istinadən məlumatına görə, ulduz futbolçu Avropadan köçəcək.

 

Belə ki, almaniyalı həmkarlarımız Obamenayqın Çinə yollanacağını, yerli “Tyanjin Quanyan” klubunun formasını geyinəcəyini yazıblar. Forvardın dekabra qədər “Borussiya”da çıxış edəcəyi və yanvarda 70 milyon avro müqabilində “Tyanjin Quanyan”a satılacağı bildirilib.

 

Obameyanqın yeni komandası ilə müqavilə müddətinin 2020-ci ilə qədər olması gözlənilir.

0