[b]“Qəbələ”nin rəqibində növbəti itki[/b]
22.07.2017 - 19:31
[b]“Qəbələ”nin rəqibində növbəti itki[/b]

Avropa Liqasının III təsnifat mərhələsindən “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” növbəti itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yunan klubu təmsilçimizlə ilk görüşdə Giorgos Kutroubisin xidmətindən yararlana bilməyəcək.

 

Buna səbəb oyunçunun appendisit əməliyyatı olmasıdır. Dünən gecə şiddətli ağrı ilə xəstəxanaya aparılan futbolçunun təcili cərrahi müdaxiləyə ehtiyacı olub.

 

Yunanıstan millisinə də dəvət alan 26 yaşlı müdafiəçinin cavab görüşündə də meydana çıxacağı sual altındadır.

 

Daha öncə argentinalı yarımmüdafiəçi Lukas Villafanezin də zədə ucbatından təmsilçimizlə ilk matçda oynamayacağı açıqlanmışdı.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun iyulun 27-də Afinada baş tutacaq və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

0