[b]“Panatinaikos”un qapıçısı İngiltərə yolunda[/b]
22.07.2017 - 19:45
[b]“Panatinaikos”un qapıçısı İngiltərə yolunda[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatianikos” əsas qapıçısını itirə bilər. Apasport.az saytının məlumatına görə, “yoncalar”ın ingilis “çərçivə qoruyucusu” Luk Stil vətənindən dəvət alıb.

 

“Qolkiper”lə “Blekbörn” ciddi maraqlanır. İngilis komandası yaxın günlərdə klubla rəsmi təmasa keçərək 33 yaşlı futbolçunun keçidini həll etmək niyyətindədi. Yunanıstan mətbuatı oyunçunun özünün də yenidən vətəndə çıxış etməkdə maraqlı olduğunu yazıb.

 

Bildirilib ki, “Panatinaikos” artıq Stilin əvəzləyicisini də tapıb. “Yaşıllar” “Aris”in qapıçısı Sokratis Diudisi transfer etmək istəyirlər.

0