[b]Ramil Şeydayev və komandası məğlubiyyətlə başladı[/b]
22.07.2017 - 22:24
[b]Ramil Şeydayev və komandası məğlubiyyətlə başladı[/b]

Slovakiya Fortuna Liqasında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin komandası “Jilina” da ilk matçını keçirib.

 

Sözügedən komanda səfərdə “Nitra” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev ikinci hissənin başlaması ilə birlikdə meydana daxil olub.

 

Komandası hesabda geri olarkən oyuna girən Ramil heç nə ilə yadda qalmayıb. 

0