[b]“Şerif” Bakıya xal itkisi ilə gəlir[/b]
22.07.2017 - 23:00
[b]“Şerif” Bakıya xal itkisi ilə gəlir[/b]

Moldova Milli liqasında III tura start verilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” də növbəti matçına çıxıb.

 

Tiraspollular doğma meydanda “Zimbru” ilə qarşılaşıblar. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

 

Myedan sahiblərinin heyətində Damascan və Bayala fərqləniblər.

 

Qeyd edək ki, 3 oyundan sonra aktivində 5 xal olan “Şerif” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 

0