[b]Boluda tək məşq[/b]
23.07.2017 - 01:23
[b]Boluda tək məşq[/b]

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” günü 1 məşqlə başa vurub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam məşqinə çıxan futbolçular daha çox toplu çalışmalara və taktiki gedişlərə üstünlük veriblər.

 

Təxminən 1,5 saat davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib.

 

Qeyd edək ki, “Sumqayıt” bu gün Boluda səhər məşqi və yoxlama oyunu keçirəcək. Rəqib Türkiyənin "Sivasspor" klubu olacaq.

0