[b]“Qəbələ”nin oyununda ispaniyalı hakimlər[/b]
23.07.2017 - 15:51
[b]“Qəbələ”nin oyununda ispaniyalı hakimlər[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Panatinaikos”la qarşılaşacaq “Qəbələ”nin ilk oyunu üçün hakim təyinatlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Afinada baş tutacaq ilk qarşılaşmanın referisi Xuan Martinez Munuera olacaq.

 

İspaniyalı hakimə həmyerliləri Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font yardımçı olacaqlar.

 

Matçın 4-cü hakimi isə Mario Melero Lopez təyin olunub.

 

Görüşün UEFA nümayəndəsi şimali irlandiyalı Lesi İrvin, hakim inspektoru isə latviyalı Yanis Mejekis olacaq.

0