[b]“Panatinaikos” davam edir: 3 əskiklə[/b]
23.07.2017 - 16:12
[b]“Panatinaikos” davam edir: 3 əskiklə[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” hazırlıqları davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “yoncalar” bu gün səhər məşqində fiziki hazırlıq və müdafiə planında hazırlaşıblar.

 

Komandanın məşqində 3 futbolçu iştirak etməyib. Belə ki, Zeka virus infeksiyasına yaxalandığı, Kutroubis əməliyyat olduğu və Villiafanez icazəli olduqları üçün hazırlıqdan kənarda qalıblar.

 

Qeyd edək ki, iki komanda arasındakı ilk oyun iyulun 27-də Afinada keçiriləcək.

0