[b]Rəqib bu mərhələyə yüksəlibsə, deməli güclü komandadı” – “Panatinaikos”un futbolçusu[/b]
23.07.2017 - 18:38
[b]Rəqib bu mərhələyə yüksəlibsə, deməli güclü komandadı” – “Panatinaikos”un futbolçusu[/b]

“Panatinaikos” Yunanıstanın ən böyük klubudur. Hər zaman yüksək hədəflər qoyan və bu hədəflərə çatmaq üçün bütün gücü ilə mübarizə aparan kollektivimiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri israilli futbolçu Omri Altman deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan yunan klubunun yeni oyunçusu yerli mətbuata açıqlamasında komandamızla oyundan da danışıb.

 

O, qarşıdakı matçlarla bağlı optimist olduğunu bildirib: “Komandamızın uğurlu çıxış etməsi üçün 100% gücümlə mübarizə aparacam. Möhtəşəm azarkeşlərimiz var. Onların dəstəyini və alqışalarını hər zaman hiss edirik. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdı. “Qəbələ” bu mərhələyə yüksəlibsə, deməli güclü komandadır. Onları yolumuzdan kənarlaşdırmaq çətin olacaq. Ancaq mən çox optimistəm. İnanıram ki, hər şey bizim üçün yaxşı başa çatacaq. “Panatinaikos” mənim üçün yeni çağırışdı və bütün tələblərə cavab verməyə hazıram”.

0