[b]“Qəbələ”nin rəqibi dünya ulduzunu istəyir[/b]
23.07.2017 - 19:26
[b]“Qəbələ”nin rəqibi dünya ulduzunu istəyir[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatianikos” səs-küylü transferə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “yoncalar” Argentina millisinin keçmiş oyunçusu Maksi Rodrigezi heyətə cəlb etməyə hazırlaşırlar.

 

Bu barədə “leoforos.gr” portalı xəbər yayıb. Bildirilib ki, hazırda çıxış etdiyi “Nyuells Old Boys”da yaranmış maddi probemlər səbəbindən azad agent statusu qazanmış futbolçu üçün artıq hərəkətə keçiblər.

 

Futbolçu üçün 700 min avro ödəməyə hazır olan yunan klubu ulduz oyunçunun keçidində israrlıdır.

 

Qeyd edək ki, Rodrigez karyerası ərzində “Espanyol”, “Atletiko” və “Liverpul” kimi komandalarda çıxış edib. O, Argentina millisində 57 oyun keçirib və 16 qol vurub. 

0