[b]“Həmişə “Milan”ın bir nömrəli fanatı olacam” - FOTO[/b]
23.07.2017 - 20:29
[b]“Həmişə “Milan”ın bir nömrəli fanatı olacam” - FOTO[/b]

“Milan”ın sabiq prezidenti Silvio Berluskoni futbola qayıtmaq perspektivi ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, Berluskoni bunun real olmadığını bidlirib.

 

O, müasir futbolda investisya üçün küllü miqdarda vəsaitin tələb olduğunu vurğulayıb: “Bu ideya real deyil. Ürəyimin bir hissəsi olan “Milan”ı ona görə satdım ki, müasir futbolda böyük yatırıma ehtiyac var. Yalnız xarici kompaniyalar bu yatırımı edə bilərlər.

 

Bu, cox ağır, amma vacib qərar idi. Ümid edirəm ki, “Milan” yenə də rəqabətədavamlı kluba çevrilə biləcək. Mən isə həmişə “Milan”ın bir nömrəli fanatı olaraq qalacam”.

 

Qeyd edək ki, Berluskoni 1986-cı ildən 2017-ci ilə qədər “Milan”ın prezidenti olub.

0