[b]Qvardiola “Real”dan oyunçu aldı[/b]
23.07.2017 - 22:56
[b]Qvardiola “Real”dan oyunçu aldı[/b]

“Real”dan ayrılan Danilonun yeni klubu məlum olub. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi karyerasını “Mançester Siti”də davam etdirəcək.

 

26 yaşlı futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb. Onun keçidi “şəhərlilər”ə 35 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Danilo “Real”a 2015-ci ildə “Portu”dan 31,5 milyon avroya transfer edilmişdi. O, “kral klubu”nun heyətində 41 oyun keçirib, 3 qol vurub.

0