[b]“Real” mövsümə məğlubiyyətlə başladı - VİDEO[/b]
24.07.2017 - 10:25
[b]“Real” mövsümə məğlubiyyətlə başladı - VİDEO[/b]

Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Real” yeni mövsümün ilk matçında “Mançester Yunayted”lə üz-üzə gəlib.

 

Gələn ay UEFA Superkubokunda rəqib olacaq komandaların ABŞ-dakı dueli qollu bərabərliklə nəticələnib. 100 mindən çox azarkeşin toplaşdığı Santa Klaradakı “Livays” stadionunda keçirilən qarşılaşmanın penaltilər seriyasında ümumilikdə 10 zərbədən cəmi 3-ü dəqiq olub. Yekunda “Mançester Yunayted” 2 dəqiq penalti zərbəsi sayəsində qələbə qazanıb.

 

Bununla “qırmızı şeytanlar” “Mançester Siti”dən sonra “Real”ı da üstələyərək, xal ehtiyatını 5-ə yüksəldib.

 

“Real” – “Mançester Yunayted” – 1:1

Qollar: Kasemiro, 69 (pen.) – Linqard, 45+1

Penaltilərlə 1:2

Penalti seriyası: Marsial – 0:0, Kovaçiç – 0:0, Maktomine – 0:0, Arnaiz Oskar – 0:0, Mxitaryan – 0:1, Quezada – 1:1, Lindelof – 1:1, Teo Ernandes – 1:1, Blind – 1:2, Kasemiro – 1:2

“Real” (İspaniya): Navas (Kasilya, 46), Naço (Xose Ernando, 46), Varan (Quezada, 46), Karvahal (Hakimi, 46), Marselo (Texero, 4), İsko (Arnaiz Oskar, 46), Kroos (Kasemiro, 46), Modriç (Kovaçiç, 46), Lukas (Teo Ernandes, 46), Beyl (Fuellasyer, 46), Benzema (Daniel Qomez, 46)

“Mançester Yunayted” (İngiltərə): Romero (De Xea, 46), Fil Cons (Smollinq, 46), Beylli (Lindelof, 46), Darmian (Valensiya, 77), Fosu-Mensah (Blind, 46), Fellaini, Karrik (Mxitaryan, 46), Marsial, Andreas Pereyra (Errera, 46 / Maktomine, 52), Linqard (Poqba, 46), Reşford (Lukaku, 46)

 

 

0