[b]“Panatinaikos" müdafiə və hücuma oyunçu alır[/b]
24.07.2017 - 13:29
[b]“Panatinaikos" müdafiə və hücuma oyunçu alır[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Yunanıstan təmsilçisi daha 2 oyunçu ilə yaxından maraqlanır.

 

Argentina millisinin sabiq üzvü Maksi Lopeslə danışıqlar aparan afinalılar müdafiə və hücumun cinahları üçün alınacaq futbolçuları da müəyyənləşdiriblər. Belə ki, rəhbərlik “Kan”ın sol cinah müdafiəçisi Vinsen Bessat və “Olborq”un hücumçusu Tomas Enevoldseni transfer etməyə çalışır. Klub hər iki oyunçu ilə bu həftə münasibətləri rəsmiləşdirmək üçün danışıqları intensivləşdirib.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.

0