[b]“Qarabağ” mütləq rekordla üz-üzə[/b]
24.07.2017 - 14:23
[b]“Qarabağ” mütləq rekordla üz-üzə[/b]

“Qarabağ” Çempionlar Liqasında yeni rekordun astanasındadı. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin sabah keçiriləcək Moldova “Şerif”i ilə ilk oyunundakı qələbə ağdamlıları mütləq rekordçuya çevirəcək.

 

Belə ki, bu qələbə əyalət klubunun qitənin ən nüfuzlu klub turnirində evdə qazandığı 5-ci uğur olacaq. Çempionlar Liqasında 2014-cü ildə debüt edən komanda əvvəlki 7 ev matçından 4-də qalib gəlib. İlk mövsümündə “Valletta”nı (4:0), “Zalsburq”u (2:1), ötən il isə “Düdelanj”ı (2:0) yenən çempionumuz cari turnirə “Samtredia” (5:0) zəfəri ilə başlayıb.

 

Çempionlar Liqasının tarixində ən çox ev qələbəsi qazanan komanda olan “Neftçi”yə (4 qələbə) 2 həftə əvvəl şərik çıxan “Qarabağ” mütləq rekord üçün daha bir uğur əldə etməlidi. Bunun üçün isə Qurban Qurbanovun yetirmələrinə sabahkı görüşdə qalib gəlmək kifayətdi.

 

Turnir çərçivəsində doğma azarkeşlər önündə qazanılacaq qələbə həm yubiley – 5-ci olacaq, həm də rekord kimi tarixə düşəcək.

 

Qeyd edək ki, Azərbaycan klubları ümumilikdə 12 dəfə Çempionlar Liqasının ev oyununda qələbə qazanıb.

0