[b]Kapitan “Qəbələ” ilə oyuna yetişəcək[/b]
24.07.2017 - 15:31
[b]Kapitan “Qəbələ” ilə oyuna yetişəcək[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos”un heyətlə bağlı problemləri bitmək bilmir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, afinalılar iyulun 27-dəki qarşılaşmada 2 oyunçunun xidmətindən məhrum olacaqlar.

 

Bunlar hələ də fərdi məşqlərlə kifayətlənən argentinalı yarımmüdafiəçi Lukas Villafanez və yenicə əməliyyat edilən Yunanıstan millisinin müdafiəçisi Giorgos Kutroubisdi.

 

Adıçəkilən oyunçulardan fərqli, komandanın kapitanı Zekanın durumu qənaətbəxşdi. Virusa yoluxan Portuqaliya əsilli yarımmüdafiəçinin vəziyyəti getdikcə yaxşılaşır. Klubun həkimləri Yunanıstan millisinin üzvünün “Qəbələ” ilə görüşdə məşqçilər korpusunun ixtiyarında olacağını açıqlayıblar.

 

Qeyd edək ki, “Qəbələ” “Panatinaikos”la ilk oyununu iyulun 27-də səfərdə keçirəcək.

0