[b]“Yuventus” transferi rəsmən açıqladı - FOTO[/b]
24.07.2017 - 22:33
[b]“Yuventus” transferi rəsmən açıqladı - FOTO[/b]

“Yuventus” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi A Seriyasının digər iştirakçısı “Fiorentina”nın italiyalı forvardı Federiko Bernardeskini heyətinə qatıb.

 

Arıtq kludan bununla bağlı rəsmi açıqlama verilib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bernardeski yeni komandasında 10 nömrəli formanı geyinəcək.

 

“Yuventus” bu transfer üçün “Fiorentina”ya 40 milyon avro təzminat ödəyəcək. Bernardeskinin gələcəkdə hansısa kluba satılacağı halda, “bənövşəyilər”in əldə olunacaq gəlirin 10 faizinə sahib çıxacağına dair bənd var. Lakin bu, 5 milyon avrodan artıq olmayacaq.

 

Geridə qalan mövsümdə “Fiorentina”da 42 matça çıxan Bernardeski 14 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

0