[b]Bugünkü oyuna nə qədər bilet satılıb?[/b]
25.07.2017 - 00:04
[b]Bugünkü oyuna nə qədər bilet satılıb?[/b]

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, geridə qalan 4 gündə satılan biletlərin sayı artıq 17 minə çatıb.

 

Xəbəri Ağdam klubunun mətbuat xidməti yayıb.

 

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

 

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı bu gün keçiriləcək və saat 21:00-da start götürəcək.

0