[b]Azərbaycan yığmasının oyunu nümunə oldu[/b]
25.07.2017 - 09:42
[b]Azərbaycan yığmasının oyunu nümunə oldu[/b]

“Konfederasiyalar kuboku Rusiyada azarkeşlərlə işin aşağı səviyyədə aparıldığını göstərdi. Təbii ki, əgər belə bir iş ümumiyyətlə aparılırsa”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol İttifaqının mətbuat xidmətinin sabiq rəhbəri, futbol eksperti Andrey Malosolov deyib.

 

Şimal qonşularımızın azarkeş hərəkatının ideoloqlarından sayılan mütəxəssis bu sahədəki problemlərdən narahatlığını açıqlayıb. DÇ-2018 öncəsi azarkeşlər haqda fikirlərini bildirən Malosolov əvvəlki illəri, xüsusilə də Azərbaycan yığması ilə matçı nümunə göstərib: “Vaxtilə Vitali Mutko Rusiya yığması üçün əsl inqilab etmişdi. Bunun sayəsində milli dəbdə idi. Həmin vaxt gözəl bir layihə - Ümumrusiya Azarkeşlər Birliyi 4 il fəaliyyət göstərdi. 2009-cu ilin martında, soyuq havada keçirilən Rusiya – Azərbaycan oyununa təxminən 70 min azarkeş gəlmişdi. Bu da Rusiya Futbol İttifaqı ilə azarkeşlər arasında əsl əməkdaşlıq idi”.

 

Qeyd edək ki, 2009-cu il martın 28-də keçirilən görüşdə Rusiya millisi yığmamızı 2:0 hesabı ilə məğlub edib. Həmin vaxt Malosolov olub.

0