[b]Jezniçak son durumundan yazdı[/b]
26.07.2017 - 11:34
[b]Jezniçak son durumundan yazdı[/b]

“Hesab 0:0 oldu. Ancaq əsas odu ki, qapımızda qol görmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak feysbuk səhifəsində yazıb.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif”lə dünən keçirilən qarşılaşmada (0:0) zədələnərək əvəzlənən polşalı futbolçu hazırkı durumuna aydınlıq gətirib.

 

Qapıçı İbrahim Şehiçlə toqquşduğunu vurğulayan Jezniçak zədəsinin ciddi olmadığını düşünür: “Təəssüf ki, qapıçı ilə toqquşmadan sonra zədələndim və 24-cü dəqiqədə meydanı tərk etməli oldum. Bunu heç istəməzdim. Ancaq futbolda belə hallar baş verir. Ümid edirəm ki, zədəm ciddi deyil. İndi bütün düşüncəmiz gələn həftə uğurlu çıxış edib, növbəti mərhələyə adlamaqdı. Özümüzə inanırıq”.

0