[b]“Panatinaikos”da məşqçi ayrılığı[/b]
26.07.2017 - 12:23
[b]“Panatinaikos”da məşqçi ayrılığı[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos”da ayrılıq baş verib. Apasport.az–ın klubun rəsmi saytına istinadən məlumatına görə, Afina təmsilçisi seleksiyaçı-məşqçi Xuan Ramon Roşa ilə vidalaşıb.

 

Bunun səbəbi açıqlanmasa da, “Panatinaikos” əfsanəvi futbolçu ilə əməkdaşlığa son qoyub və ona gələcək karyerasında uğurlar arzulayıb. 1980-1989-cu illərdə bu klubun formasını geyinmiş argentinalı mütəxəssis 1994-1996, 1999-2000 və 2012-2013-cü illərdə komandanın baş məşqçisi olub.

 

Daha sonra akademiyada fəaliyyət göstərən 63 yaşlı keçmiş yarımmüdafiəçinin əsas vəzifəsi seleksiya işi olub. O, xüsusən də, Cənubi Amerika zonasında əsas komandaya oyunçu axtarışı ilə məşğul olub. 

0