[b]“Panatinaikos”un pley-off şansı daha çoxdu” – yunanıstanlı futbolçu[/b]
26.07.2017 - 13:34
[b]“Panatinaikos”un pley-off şansı daha çoxdu” – yunanıstanlı futbolçu[/b]

“Hələ iki il əvvəl “Panatinaikos”la “Qəbələ” arasındakı oyunlardan əvvəl də demişdim ki, rəqibi diqqətlə izləmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu “Apollon” klubunun futbolçusu Fotios Papulis deyib.

 

Yunanıstanlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində avrokuboklarda çıxış edən komandalarının şanslarını dəyərləndirib. Karyerasını Kiprdə davam etdirən oyunçu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” – “Qəbələ” qarşılaşmasına da toxunub.

 

Onun fikrincə, iki il əvvəl “Panatinaikos”u Avropa Liqasında mübarizədən kənarlaşdıran Azərbaycan təmsilçisi indi nisbətən zəifdi: “Qəbələ”nin qüvvəsi artan temp üzrə gedir. Oyundan-oyuna daha yaxşı çıxış edirlər. Lakin bildiyimə görə, bu il komanda nisbətən zəifdi. “Panatinaikos”un oyunçuları öz hədəflərinə çatmağa daha yaxındılar. Düşünürəm ki, Afina təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaq şansı daha çoxdu”.

 

Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasında ilk görüş sabah Afinada oynanılacaq.

0