[b]"Qalatasaray" “Mançester Siti”nin razılığını aldı[/b]
26.07.2017 - 14:07
[b]"Qalatasaray" “Mançester Siti”nin razılığını aldı[/b]

Yay transfer dönəmini sürətli keçirən “Qalatasaray” daha bir əcnəbi futbolçu ilə anlaşıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılılar” “Mançester Siti”nin müdafiəçisi Ceyson Denayeri yenidən İstanbula gətirməyə hazırlaşır.

 

2015-16 mövsümündə icarə əsasında “cim-bom”un formasını geyinmiş belçikalı mərkəz müdafiəçisini rəhbərlik yenidən eyni şərtlə heyətə cəlb etməyə çalışıb. Ancaq “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola buna razılıq verməyib və Denayerin satılmasını tapşırıb.

 

“Qalatasaray”ın transfer üçün qarşı tərəfə göndərdiyi 3,5 milyon avroluq təklifi isə qəbul edilib. Futbolçunun razılığını əvvəlcədən alan klubda 22 yaşlı oyunçunun yalnız rəsmi müqaviləyə qol çəkməsi qalıb. Denayer yaxın günlərdə İstanbula yollanaraq, yenidən “sarı-qırmızılı” formanı geyinəcək.

 

Qeyd edək ki, “Qalatasaray” Denayerə qədər Yunes Belhanda, Bafetimbi Qomis, Maykon və Marianonun keçidini rəsmiləşdirib, Sofian Fequli ilə də ilkin razılıq əldə edib.

0